techspace

11:17

Xiaomi növbəti bəzi köhnə smartfonlarının dəstəklərini dayandırıb

    Xiaomi EOS (End of Support) adlı siyahıya sahibdir. Bu siyahıya dəstəkləri dayandırılmış smartfonlar daxil olurlar. Məlum olub ki, şirkət bu siyahıya bəzi köhnə smartfonlarını əlavə edib. Söhbət, Redmi Note 9, Redmi 9POCO M2 smartfonlarından gedir. Sözügedən smartfonlar MIUI 14 yenilənməsini əldə etməyəcəklər. Bununla yanaşı bu smartfonlar üçün təhlükəsizlik yenilənmələrinin təqdim edilməsi prosesi də dayandırılacaq. Qeyd etmək lazımdır ki, şirkət əslində bu smartfonlar üçün MIUI 14-ün təqdim edilməsi imkanını nəzərdən keçirirdi. Lakin nəticədə bu, baş vermədi. Keçən həftə isə məlum oldu ki, Xiaomi EOS siyahısına Redmi Note 9 Pro smartfonunun daxil edilməsi fikrindən daşınıb.