techspace

14:10

Xiaomi Redmi Note 9 Pro-nun dəstəyinin dayandırılması fikrindən daşınıb

    Xiaomi mütəmadi şəkildə köhnə smartfonlarının dəstəklənmə prosesini dayandırır. Bunun üçün şirkət köhnə smartfonlarını EOS (End of Support) siyahısına daxil edir. Bir neçə müddət bundan öncə bu siyahıya Redmi Note 9 Pro smartfonu daxil edilmişdi. Lakin heç gözlənilmədən şirkət sözügedən smartfonu EOS siyahısından çıxarıb. Bu isə o deməkdir ki, Redmi Note 9 Pro smartfonu software səviyyəsində təhlükəsizlik yenilənmələrini əldə etməyə davam edəcək. Qeyd etmək lazımdır ki, Redmi Note 9 Pro smartfonu 2020-cildə satışa çıxıb.