techspace

21:51

Yaxın zamanda Android 14-ü əldə edəcək OPPO smartfonlarının siyahısı təqdim edilib

     OPPO şirkəti yaxın zamanda Android 14-ü əldə edəcək smartfonlarının siyahısını təqdim edib. Təqdim edilmiş siyahıya şirkətin 25 smartfonu daxil olub. Şirkət bildirib ki, siyahıda qeyd edilmiş smartfonlar üçün Android 14-ün istifadəyə verilmə tarixi həmin smartfonların modellərindən və satıldıqları ölkələrdən asılı olaraq fərqli olacaq. Beləliklə Android 14 əsaslı ColorOS 14 istifadəçi interfeysini əldə edəcək OPPO smartfonlarının siyahısı aşağıdakı kimidir.- OPPO Find N3, N3 Flip, N2 Flip, X5, X5 Pro, X3 Pro- OPPO Reno 10 5G, 10 Pro 5G, 10 Pro+ 5G- OPPO Reno 8, 8 5G, 8T, 8T 5G, 8 Pro 5G- OPPO Reno 7- OPPO F23 5G, F21 Pro, F21s Pro- OPPO K10 5G- OPPO A57, A77, A77 5G, A77s, A78 5G, A98 5G.