Yaponiyanın "Kirin" içki şirkəti, səhhətindəki problem səbəbindən duz istehlak edə bilməyənləri və ya sağlamlığı üçün duzdan imtina etmək istəyənləri sevindirəcək elektron qaşığını təqdim edib.
Duz, şübhəsiz ki, verdiyi dada görə hər yeməyin ən vacib elementlərindən biri hesab oluna bilər. Ancaq bəzi insanlar sağlamlıq problemlərinə görə duzlu qidalardan uzaq durmalı olur. Normalda pivə şirkəti olan, lakin son vaxtlar səhiyyə sektoruna üz tutan
Kirin adlı bir Yapon şirkəti, bu problemi yeni bir məhsulla həll etməyi hədəfləyir. Kirin-in elektron qaşığı keçən il
İqnobel mükafatını qazanan bir texnologiyadan ilhamlanaraq hazırlanıb. İqnobel Mükafatları bildiyimiz kimi Nobel Mükafatlarının
satirik versiyasıdır. Bu mükafatlar mənasız, absurd və qeyri-adi texnologiyalara verilir. Keçən ilki qaliblərdən biri olan və iki yapon tədqiqatçısı tərəfindən hazırlanan texnologiya, chopstick’lərin duzlu dadı verməsini təmin edirdi. Kirin isə bu texnologiyanı kommersiyalaşdırıb, öz elektronik qaşıqlarına uyğunlaşdıraraq yeni məhsulunu təqdim edib.

Kirin, insanlara duzu bir qaşıqla dadmağa imkan verməyi və sağlam yeməklərin daha çox istehlakını təşviq etməyi hədəfləyir. Şirkət bu ay Yaponiyada qiyməti
127 dollar olan
200 ədəd elektron duz qaşığı satmağı planlayır. Şirkətin əsas məqsədi isə məhsulu dünyanın 4 bir tərəfində satışa çıxaraq
5 il ərzində 1 milyon satışa çatmaqdır. Hazırda şirkətin bu məhsulu, digər ölkələrdə
2025-ci ildə satışa çıxarması gözlənilir.

Plastik və metaldan hazırlanmış qaşıq, İqnobel mükafatını qazanan Meiji Universitetinin tədqiqatçısı və yapon professoru
Homei Miyashita ilə birgə hazırlanmışdır. Texnologiya, duzluluğu aşkar etmək üçün
zəif elektrik yükünü ötürməklə dilin üzərindəki natrium ion molekullarını artırır. Qaşığın çəkisi isə
60 qramdır və
təkrar doldurulan litium batareya ilə təchiz edilmişdir. Araşdırmalar nəticəsində qaşığın duz hissiyatını
50%-ə qədər artırdığı müşahidə edilib. Bu da duzlu yeməklərdən uzaq olan, lakin yemək istəyən şəxsləri sevindirəcək kimi görünür. Təbii ki, bu məhsulun, artıq duz istehlakını azaltmaq istəyən sağlam insanlar üçün də faydalı ola biləcəyini qeyd etmək lazımdır.