11:18
YouTube Shorts alqoritmi zəif və süni kontenti önə çıxarır

Technote.az “Mashable” platformasına istinadən bildirir ki, YouTube Shorts tövsiyələrinin böyük hissəsi artıq aşağı keyfiyyətli, süni intellekt tərəfindən yaradılan videolarla doludur. Video montaj platforması Kapwing tərəfindən aparılan və The Guardian tərəfindən yayımlanan tədqiqatın nəticələrinə görə, yeni yaradılmış və heç bir baxış tarixçəsi olmayan bir istifadəçiyə təqdim edilən YouTube Shorts videolarının yarıdan çoxu ya “AI slop”, ya da “brainrot” kateqoriyasına daxildir.
Araşdırma çərçivəsində tamamilə yeni bir YouTube Shorts alqoritmində göstərilən ilk 500 videoya baxılıb. Nəticələrə əsasən:
- 104 video süni intellektlə hazırlanmış aşağı keyfiyyətli kontentdir (21 %)
- 165 video isə “brainrot” adlandırılan məntiqsiz və zəif məzmunludur (33 %)