19:30

Amazon 8 ağıllı ev məhsulu təqdim etdi: foto çərçivəsi və ağıllı saat

    “Amazon” ağıllı ev üçün 8 yeni “Alexa” və “Echo” məhsulu çıxarıb. Əsas yeniliklər 10 düymlük “Alexa Photo Frame” rəqəmsal çərçivəsi və yataq otağı üçün hazırlanmış “Echo Time” saatıdır. “Alexa Home Map” evdəki işıqları, dinamikləri, ekranları və kameraları 3D xəritədə göstərəcək. Xəritədə görünən cihazları ekrana toxunaraq idarə etmək olacaq. Funksiya ilin sonunadək “Alexa+” tətbiqinə əlavə ediləcək.Amazon 8 ağıllı ev məhsulu təqdim etdi: foto çərçivəsi və ağıllı saat    “Alexa Photo Frame” foto göstərmək üçün hazırlanmış 10 düymlük HD sensorlu ekrandır. Yarımmat örtük işığın ekranda əks olunmasını azaldır, parlaqlıq da otağın işığına uyğun dəyişir. Ağ çərçivədaxili sahə fotolara klassik görünüş verir, haşiyə həqiqi ağacdan hazırlanıb. Prime üzvlərinə limitsiz foto yaddaşı verilir və şəkillər “Amazon Photos” kitabxanasından avtomatik seçilir.    “Alexa+” fotolardakı insanlara, çəkiliş tarixinə və görüntü keyfiyyətinə baxaraq uyğun şəkilləri seçir. Bayram və mövsüm fotolarını uyğun vaxtda göstərir, ekran görüntüləri və qəbzləri siyahıya salmır. Şəkillərə səsli qeydlər əlavə etmək, fotoları ailə üzvlərinin çərçivələrinə göndərmək də olur. Qara model 199,99 dollara (təxminən 340 manat) satılır. Ağcaqayın və qoz ağacından hazırlanan versiyaların qiyməti 229 dollardır (təxminən 390 manat).    “Echo Time” 3,2 düymlük sensor ekranı olan ağıllı saat və dinamikdir. Cihazda kamera yoxdur. Yuxunu izləyən sistem istifadəçini seçilmiş vaxtdan 10-60 dəqiqə əvvəl, yuxunun daha yüngül mərhələsində oyada bilir. Saat işıqla günəşin doğmasını təqlid edir və gecə üçün sakitləşdirici rejimlər hazırlayır. Standart model 199,99 dollara (təxminən 340 manat) satılır. Uşaqlar üçün “Echo Time” 209,99 dollardır (təxminən 360 manat) və qiymətə 1 illik “Amazon Kids+” abunəsi daxildir.Amazon 8 ağıllı ev məhsulu təqdim etdi: foto çərçivəsi və ağıllı saat    Yeni “Echo Dot”un dinamiki daha güclüdür və bas səsləri 50% artıb. Modelə 4-cü mikrofon və otaq temperaturunu ölçən sensor da əlavə olunub. AZ3 çipi “Alexa+” sorğularını elə cihazın özündə daha sürətli emal edir. Dinamik evdəki uyğun cihazları bir nöqtədən idarə edən mərkəz kimi də işləyir. Bundan başqa, eero Wi-Fi genişləndiricisi kimi internet əhatəsini təxminən 93 kvadratmetr artırır. Standart model 99,99 dollara (təxminən 170 manat), ahtapot və pinqvin dizaynlı uşaq versiyası 109,99 dollara (təxminən 190 manat) satılır.Amazon 8 ağıllı ev məhsulu təqdim etdi: foto çərçivəsi və ağıllı saat    “Echo Studio with Home Camera” otağın quruluşuna və istifadəçinin mövqeyinə uyğun olaraq səsi avtomatik tənzimləyir. Daxili kamera ilə ev heyvanlarını və işıqları uzaqdan yoxlamaq, televizorda videozəng etmək olur. “Alexa+” kamera qarşısındakı stolüstü oyunu və ya ərzaq qutusunu tanıya bilər. Sistem oyunun qaydalarını izah edir və məhsulu yenidən sifariş verməyə kömək göstərir. Kameranı söndürmək olur. Yeni model 249,99 dollara (təxminən 420 manat), kamerasız əvvəlki versiya 219,99 dollara (təxminən 370 manat) satılır.    “Echo Show 16”da 16 düymlük ekran, daxili “Fire TV” və 13 MP kamerası var. Əvvəlki modellə müqayisədə görüntü sahəsi 10% böyüyüb, ekranın kənar çərçivəsi 40% kiçilib. Cihazdan foto çərçivəsi, ailə təqvimi, videozəng ekranı və təhlükəsizlik kamerası kimi yararlanmaq olur. Standart versiyanın qiyməti 499,99 dollardır (təxminən 850 manat). İşığın əks olunmasını azaldan “Nanomatte” ekranlı model 569,99 dollara (təxminən 970 manat) satılır.