21:59
Google Contacts, Messages və Phone tətbiqlərinin ikonlarını yeniləyir

“Google” şirkəti “Contacts”, “Messages” və “Phone” tətbiqlərinin ikonlarını yeniləyir. Dəyişiklik bu ilin əvvəlində “Workspace” və “Pixel” tətbiqlərində başlayan dizayn yenilənməsinin davamıdır. İkonların əsas forması qalır, rənglər və əyri xətlər isə şirkətin digər tətbiqlərinə uyğunlaşdırılır. Yeni ikonlarda yumşaq və aydın rəng keçidləri var. “Google”un açıqlamasına görə, kənarların daha aydın olması ikonların telefonun əsas ekranında rahat seçilməsinə kömək edəcək. Şirkət rabitə tətbiqlərini eyni dizayna salaraq əsas ekranda daha bütöv görünüş yaratmaq istəyir. Yenilənmə “Play Store” üzərindən önümüzdəki həftələr ərzində istifadəyə veriləcək. Yeni ikon artıq “Google Messages” tətbiqinin son beta, yəni sınaq versiyasında aktivdir. Dəyişiklik yalnız görünüşə aiddir, tətbiqlərin işinə və funksiyalarına təsir etmir. Adi versiyalara keçid də tədricən olacaq. Yeni ikonların contacts.google.com və messages.google.com/web ünvanlarında da görünəcəyi gözlənilir. Beləliklə, mobil tətbiqlərlə xidmətlərin veb versiyaları eyni görünəcək. “Google” keçidin nə vaxt tamamlanacağını açıqlamayıb, yenilik istifadəçilərə mərhələli şəkildə çatacaq.
