21:47

Google NFC-li Pixel Tag əşya izləyicisini 11 noyabrda satışa çıxarır

    “Google” 2026-cı il “Made by Google” cihaz seriyasını “Pixel Tag” izləyicisini satışa çıxarmaqla tamamlayır. Aksesuar 11 noyabrdan alıcılar üçün əlçatan olacaq. “Pixel Tag” NFC-li ilk “Find Hub” izləyicisidir. NFC cihazları bir-birinə toxunduraraq məlumat ötürməyə yarayan yaxın məsafəli bağlantıdır. “Google” avqust tədbirində bu xüsusiyyəti açıqlamamışdı. İzləyicini telefonun arxasına toxundurduqda onun parametrlər səhifəsi dərhal açılır.Google NFC-li Pixel Tag əşya izləyicisini 11 noyabrda satışa çıxarır    NFC sahəsi dairəvi batareya qapağının altındadır. Qapağı açmaq üçün onu basıb saat əqrəbinin əksinə çevirmək lazımdır. “Android 17 QPR2”də izləyicini telefona toxundurmaq cihazın məlumat səhifəsini birbaşa açır. QPR1 versiyasında əvvəlcə sistem bildirişinə basmaq lazımdır. “Pixel Tag”də Bluetooth 6.0 və UWB bağlantısı da var. “Channel Sounding” funksiyası ilə birlikdə bu texnologiyalar izləyicinin məsafəsini və istiqamətini daha dəqiq müəyyənləşdirir.    İlk qoşulma və istifadə şərtlərinin qəbulundan sonra ekranda əlavə seçimlər görünür. Buradan izləyici arxada qalanda xəbərdarlığı aktivləşdirmək, telefonu səsləndirmək, adı və kateqoriyanı dəyişmək, həmçinin səs səviyyəsini tənzimləmək olur. “Pixel Tag”in arxa hissəsində, batareya qapağının altında fiziki düymə də var.Google NFC-li Pixel Tag əşya izləyicisini 11 noyabrda satışa çıxarır    İzləyici telefonun yaxınlığındadırsa, həmin düyməyə 2 dəfə basmaq telefonda yüksək səs işə salır. Telefon tapıldıqdan sonra “Pixel Tag”dəki düyməyə 1 dəfə basaraq səsi dayandırmaq olur. Səsi telefonun özündən də söndürmək olar. İstifadəçi cihazın məlumat səhifəsindən bu funksiyanı hər izləyici üçün ayrıca bağlaya bilər.    “Google” “Pixel Tag” üçün öz qoruyucu qabını çıxarmayıb və bu aksesuarlar üçün “Bellroy” ilə əməkdaşlıq edir. Silikondan hazırlanan 2 ədədlik “Bellroy Lite Case Duo” dəsti 24,99 dollar (təxminən 42 manat) qiymətinə satılır. Dəst “Mist” və “Shadow” rənglərindədir. Qab izləyicinin ön hissəsi və dinamik dəliyi istisna olmaqla bütün gövdəni örtür. Küncündə dəlik və qaba uyğun rəngli ip də var. Dəridən hazırlanan “Bellroy Leather Tag Case” 29,99 dollara (təxminən 51 manat) satılır. Onu “Artichoke”, “Azalea”, “Black”, “Pewter” və “Red Ochre” rənglərində almaq olar.