09:05

İlin Avtomobili mükafatına 56 namizəd açıqlandı: 27-si Çin markasıdır

Avtomobil sənayesinin nüfuzlu mükafatlarından biri olan “Dünyada İlin Avtomobili 2027” üçün əsas kateqoriyada yarışacaq ilk 56 model açıqlanıb. Siyahının diqqətçəkən tərəfi namizədlərin 27-nin Çin markalarına məxsus olmasıdır.

Mükafatın əsas kateqoriyasında iştirak etmək üçün avtomobil müəyyən tələblərə cavab verməlidir. Mənbədə göstərilən meyarlara əsasən, modelin illik istehsalı ən azı 10 000 ədəd olmalı, əsas bazarında lüks avtomobillər səviyyəsindən aşağı qiymətləndirilməli və 1 yanvar 2026-cı ildən 19 mart 2027-ci ilədək ən azı iki qitədə yerləşən iki böyük bazarda rəsmi satışa çıxarılmalıdır.

Namizədlər arasında BMW i3, Hyundai IONIQ 3, Kia Telluride, Mazda CX-5, Volvo EX60 və Mercedes-Benz-in yeni elektrik modelləri yer alır. Çin istehsalçılarını isə BYD Ti7, Chery Q, Deepal S07, Geely Starray EM-i, Leapmotor T03, Lynk & Co 900, Onvo L90, Zeekr 8X və digər modellər təmsil edir.

“Dünyada İlin Avtomobili 2027” namizədləri

№Marka və model№Marka və model№Marka və model
1BMW i32Buick Electra E73BYD Ti7
4Changan Nevo Q055Chery Q6Chevrolet Aveo
7Chevrolet Captiva EV / PHEV8Cupra Raval9Deepal S05
10Deepal S0711DS N°712Exeed Exlantix ET
13Exeed RX14GAC Aion UT15GAC Aion V
16Geely EX217Geely Starray EM-i18Hyundai Bayon
19Hyundai IONIQ 320Hyundai Tucson21iCAUR V23
22Infiniti QX6523Jetour G70024Jetour T2
25Kia EV226Kia Seltos27Kia Syros EV
28Kia Telluride29Leapmotor B1030Leapmotor C10
31Leapmotor T0332Lepas L6 EV33Lepas L8 PHEV
34Lexus ES35Lincoln Corsair36Lynk & Co 900
37Mazda CX-538Mazda CX-6e / EZ-6039Mercedes-Benz Electric C-Class
40Mercedes-Benz Electric GLC41Mercedes-Benz GLA42MG4 EV Urban
43Nissan Frontier Pro44Nissan NX845Omoda 4
46Onvo L9047Polestar 4 SUV48Renault Filante
49Subaru Trailseeker50Subaru Uncharted51Volkswagen Atlas / Teramont Pro
52Volvo EX6053XPeng G6 2026 Edition54XPeng L03
55XPeng P7+56Zeekr 8X

Təşkilat komitəsi əsas mükafatla yanaşı, üç əlavə kateqoriya üzrə namizədləri də açıqlayıb.

Dünyada İlin Şəhər Avtomobili

№Marka və model
1Chery Q
2Cupra Raval
3Exeed Exlantix ET
4Geely EX2
5Hyundai Bayon
6Hyundai IONIQ 3
7iCAUR V23
8Kia EV2
9Kia Syros EV
10Leapmotor T03
11Mercedes-Benz GLA

Dünyada İlin Lüks Avtomobili

№Marka və model
1Audi Q7
2Audi Q9
3Avatr 07
4BMW X5
5Genesis GV80 Hybrid
6Jaguar Type 01
7Polestar 5
8Range Rover EV
9XPeng X9
10Zeekr 9X

Dünyada İlin Performans Avtomobili

№Marka və model
1Alpine A390 GTS
2Chevrolet Corvette ZR1 / ZR1X
3Genesis GV60 Magma
4Kia EV4 GT
5Lotus Eletre X
6Lynk & Co 02
7Mercedes-AMG Electric GT 4-Qapılı Coupé
8Porsche Cayenne Turbo Electric
9Zeekr 7GT

Siyahıda Çin markalarının 27 modellə təmsil olunması ölkənin qlobal avtomobil bazarındakı artan iştirakını göstərir. Çin istehsalçıları yalnız əsas kateqoriyada deyil, şəhər avtomobili, lüks və performans avtomobili kateqoriyalarında da təmsil olunurlar.

Mükafatların qalibləri dünyanın müxtəlif ölkələrindən 100-dən çox avtomobil jurnalistinin səsverməsi əsasında müəyyən ediləcək. Nəticələr 24 mart 2027-ci ildə keçiriləcək mükafatlandırma mərasimində rəsmi şəkildə açıqlanacaq.