09:35

Motorola 12 000 nitə çatan ekranlı Signature 27 smartfonunu təqdim edəcək

    “Motorola” yeni flaqman smartfonu “Signature 27” modelini 5 noyabrda təqdim edəcək. Tədbirə az qalmış yayımlanan ilkin baxış videosu telefonun əsas xüsusiyyətlərini üzə çıxarıb. Model 12 000 nit parlaqlığa çatan “Tandem OLED” ekranı, 200 MP periskop kamerası və yeni nəsil prosessoru ilə seçiləcək. Bəzi xüsusiyyətlər şirkət tərəfindən təsdiqlənsə də, bütün detallar hələ açıqlanmayıb. “Signature 27” ilk dəfə sentyabrda keçirilən “Snapdragon Summit” tədbirində elan olunmuşdu.Motorola 12 000 nitə çatan ekranlı Signature 27 smartfonunu təqdim edəcək    “Extreme AMOLED Duo” adlı ekranın ölçüsü 6,8 düym, yenilənmə tezliyi isə 120 Hz olacaq. Bu göstərici ekrandakı hərəkətlərin daha axıcı görünməsi deməkdir. LTPO texnologiyası göstərilən məzmuna uyğun olaraq yenilənmə tezliyini dəyişir və batareya sərfini azaldır. Açıqlanan 12 000 nit pik parlaqlıq yalnız müəyyən şəraitdə əldə edilən ən yüksək göstəricidir. Videoda ekranın kənarlarındakı əyilmiş şüşə və teksturalı arxa panelin 2 rəngi də görünür.    Smartfonda 2 nm texnologiyası ilə hazırlanan “Snapdragon 8 Elite Extreme Gen 6” prosessoru işləyəcək. Modeldə 16 GB RAM və 1 TB-dək sürətli “UFS 4.1” daxili yaddaş olacaq. “Geekbench 7.1” sınağına qatılan 12 GB RAM-lı nümunə tək nüvə testində 3313 və çoxnüvəli sınaqda 11 088 bal toplayıb. “Signature 27” “Android 17” sistemi ilə işləyəcək və 7 il ərzində əməliyyat sistemi yeniləmələri alacaq.Motorola 12 000 nitə çatan ekranlı Signature 27 smartfonunu təqdim edəcək    Telefonun arxa kamera sisteminə “Sony LYT 910” sensorlu 50 MP əsas kamera və 200 MP periskop telefoto kamera daxil olacaq. “Motorola” hər iki kameranı təsdiqləyib. İlkin baxış videosunda 50 MP ultra genişbucaqlı kameranın da adı çəkilir. Hərəkətli səhnələri daha yaxşı çəkmək üçün ayrıca sensorun qoyulacağı deyilir.    Telefonun qızmasının qarşısını almaq üçün “ArcticMesh” soyutma sistemi işlədiləcək. Buxar kamerası da əvvəlki nəsildəkindən 40% böyük olacaq. Batareyanın böyük tutumlu olacağı deyilsə də, dəqiq göstərici hələ açıqlanmayıb. “Signature 27” modelində “Audio by Bang & Olufsen” səs sistemi olacaq. Smartfon “Pantone Coal Smoke” və “Pantone Capulet Olive” rənglərində satışa çıxacaq. “Motorola” qiyməti və modelin hansı ölkələrdə satılacağını hələ açıqlamayıb.