12:42

Nəşrlər Brave brauzerini yazıları icazəsiz topladığı üçün məhkəməyə verdi

    Bazar ertəsi Manhettendəki federal məhkəmədə “Brave” brauzerini hazırlayan şirkətə qarşı 2 ayrı iddia qaldırılıb. Böyük bir qəzet və 3 regional nəşr şirkəti “Brave”i müəllif hüquqları ilə qorunan yazıları icazəsiz toplamaqda günahlandırır. İddiaçılara görə, həmin yazılar süni intellekt sistemlərinin öyrədilməsi üçün işlədilib. Onlar brauzerin ödənişli yazıları qoruyan divarları da keçdiyini deyirlər.Nəşrlər Brave brauzerini yazıları icazəsiz topladığı üçün məhkəməyə verdi    İddialarda deyilir ki, “Brave” kimliyi açıqlanmayan bir robotla 30 milyarddan çox veb səhifədən ibarət indeks yaradıb. Nəşrlər robotu tanıya bilmədikləri üçün onun saytlara girişini bloklaya bilməyiblər. Şirkətin “Brave Index” üzərindən real vaxt rejimində onlayn məzmuna ödənişli giriş satdığı vurğulanır. Müştərilərin bu məlumatları süni intellekt modellərini öyrətmək və istifadəçilərin suallarını cavablandırmaq üçün işlətdiyi iddia olunur.    Şikayətə görə, müəllif hüquqları ilə qorunan materiallar “Brave” ilə “Anthropic”, “Perplexity”, “Mistral”, “xAI” və “Cohere” daxil olmaqla bir çox süni intellekt şirkətinə ötürülüb. İddiaçılar saytlara girişə, materialların köçürülməsinə və yayılmasına heç vaxt icazə vermədiklərini deyirlər. Onların sözlərinə görə, “Brave” bu məzmundan istifadəyə görə nəşrlərə pul ödəməyib.    Məhkəmə sənədlərində brauzerin ödənişli yazılara qoyulan məhdudiyyəti keçməsi də ayrıca vurğulanıb. İddiaçılar deyirlər ki, “Brave” yüzlərlə aparıcı nəşrin ödənişli yazılarını açdığını reklam edir. Şirkət nəşrlərin reklamlarını bloklayıb əvəzində öz reklamlarını göstərməkdə də günahlandırılır. Şikayətçilərə görə, “Brave” saytların girişə mane olmaq üçün gördüyü tədbirləri də keçib.    İddiaçılar məhkəmədən bu işlərin dayandırılmasını və dəyən zərərə görə təzminat ödənilməsini istəyirlər. 2015-ci ildə yaradılan “Brave” indiyədək təxminən 250 milyon dollar (təxminən 425 milyon manat) investisiya cəlb edib. Əsas iddiaçı daha əvvəl oxşar səbəblərlə “OpenAI” və “Perplexity” şirkətlərini də məhkəməyə verib. “Brave”, “Anthropic”, “Mistral”, “xAI” və “Cohere” hələlik açıqlama verməyib. “Perplexity” iddianı dezinformasiya adlandırıb.