18:59

Ring evin içində uçan təhlükəsizlik kamerasını təqdim etdi

    “Amazon”a məxsus “Ring” şirkəti evin içində uçan “Ring Drone Cam” təhlükəsizlik kamerasını göstərib. Cihaz 27 yanvar 2027-ci ildə ABŞ-də 249,99 dollara (təxminən 425 manat) satışa çıxacaq. Beləliklə, şirkət ilk uçan ev kamerasını elan etdikdən təxminən 6 il sonra onu alıcılara çatdıracaq.Ring evin içində uçan təhlükəsizlik kamerasını təqdim etdi    “Ring Drone Cam” hərəkət, qapının açılması, su sızması və ya həyəcan siqnalı zamanı avtomatik işə düşür. Kamera əvvəlcədən qurulmuş marşrutla hadisə yerinə uçur, canlı görüntü yayımlayır və video çəkir. Onu plan üzrə patrula göndərmək və ya tətbiqdən idarə etmək də olur.    Kamera 2K keyfiyyətində görüntü çəkir və 148 dərəcəlik baxış bucağı var. Uçuş zamanı hərəkət etdiyi üçün ətrafı 360 dərəcə izləyə bilir.    Çəkiliş yalnız uçuş zamanı aparılır. Kamera enerji doldurma stansiyasında olduqda obyektivi tam örtülür. Pərlərin yüksək səsi və 2 LED işıq evə icazəsiz girənləri çəkindirmək üçün də işlədilir.    Videolar “TAKE” şifrələmə sistemi ilə qorunur. Təhlükəsizlik açarları hər 5 dəqiqədən bir dəyişir, “Ring”də saxlanılan nüsxələr isə 24 saatdan sonra silinir.Ring evin içində uçan təhlükəsizlik kamerasını təqdim etdi    Kameranın çəkisi 165 qramdır və bir dolumla 5-8 dəqiqə havada qala bilir. Hər 1 dəqiqəlik uçuşdan sonra təxminən 8 dəqiqə enerji yığmalıdır.    Süni intellektə əsaslanan “AI Pilot” sistemi kamera görüntüləri və bulud hesablamaları ilə evin xəritəsini hazırlayır. Bununla cihaz uçuş zamanı maneələrdən yayınır. İnternet bağlantısı kəsilərsə, kamera yalnız təhlükəsiz şəkildə yerə enə bilir.Ring evin içində uçan təhlükəsizlik kamerasını təqdim etdi    “AI Pilot” adındakı AI ifadəsi də təqdimat zamanı müzakirə olunub. ABŞ administrasiyası rəsmi sənədlərdə “Artificial Intelligence” əvəzinə “Super Intelligence” və SI ifadəsinin işlədilməsini istəyir. “Ring”in təsisçisi Jamie Siminoff deyib ki, sistemə bu ad daha əvvəl verilib. Buna görə adı hələlik “AI Pilot” olaraq qalır.    Şirkət bizneslər üçün hazırlanan “Ring Rover Cam” adlı avtonom təhlükəsizlik robotunu da göstərib. Robot 999,99 dollara (təxminən 1700 manat) satılır və sifarişlər artıq qəbul olunur. Çatdırılma 16 dekabr 2026-cı ildə başlayacaq.    “Amazon Astro” əsasında hazırlanan robot anbar və ofislərdə özü patrul edə bilir. Yuxarı qalxan periskop tipli kamerası 4K görüntü çəkir və yayımlayır.Ring evin içində uçan təhlükəsizlik kamerasını təqdim etdi    Hər iki cihaz videoları “Ring” tətbiqinə göndərir. Videoları saxlamaq və əlavə funksiyalardan yararlanmaq üçün “Ring Protect” planı lazımdır. Cihazlar evdə internetə qoşulmuş avadanlıqların yerini göstərən “Alexa Home Map” sistemi ilə də işləyəcək.    “Ring Drone Cam” hazırda FCC sertifikatı alma mərhələsindədir və ABŞ-də yığılır. Evin daxilini xəritələndirən və məlumatları buludda işləyən kamera məxfiliklə bağlı yeni suallar da yaradır.