16:41

Voyager 1 49 ildən sonra 1 işıq günü uzağa çatan ilk süni obyekt oldu

    “NASA” təsdiqləyib ki, “Voyager 1” Yerdən 1 işıq günü uzaqlığa çatan ilk insan istehsalı obyekt olub. Kosmik aparat bu həddi noyabrın 18-də Azərbaycan vaxtı ilə saat 14:16-da keçib. Burada söhbət işığın 24 saatda qət etdiyi məsafədən gedir. Həmin anı təsdiqləyən məlumatın Yerə çatması da 24 saat çəkir.Voyager 1 49 ildən sonra 1 işıq günü uzağa çatan ilk süni obyekt oldu    “Voyager 1” hazırda Yerdən təxminən 25,9 milyard kilometr uzaqdadır. Aparata göndərilən komanda 24 saata çatır, cavabın Yerə qayıtması üçün daha 24 saat lazımdır. Zond kosmosda saatda təxminən 60 900 kilometr sürətlə hərəkət edir. İnsanların hazırladığı heç bir obyekt indiyədək bu qədər uzağa getməyib.    “Voyager 1” bu mərhələyə 49 il, 2 ay və 11 gün davam edən uçuşdan sonra çatıb. Aparat 1977-ci ildə, əkizi “Voyager 2”dən 16 gün sonra kosmosa göndərilib. Zond 1980-ci ilədək Yupiter və Saturnun yaxınlığından keçərək əsas tapşırıqlarını tamamlayıb. “Voyager 1” 2012-ci ildə ulduz sistemləri arasındakı bölgə sayılan ulduzlararası məkana daxil olub.    Uzun uçuşa və texniki nasazlıqlara baxmayaraq, “Voyager 1” hələ də işləyir. Aparat plazma dalğaları, maqnit sahələri və kosmik hissəciklər haqqında məlumat göndərməyə davam edir. Enerji generatorundakı plutonium azaldığı üçün “NASA” bəzi sistemləri söndürüb. Məqsəd qalan elmi cihazları mümkün qədər uzun müddət işlətməkdir.Voyager 1 49 ildən sonra 1 işıq günü uzağa çatan ilk süni obyekt oldu    “Voyager 1” indi Kiçik Ayı bürcündəki “Gliese 445” ulduzuna doğru gedir. Həmin ulduz Yerdən təxminən 17 işıq ili uzaqdadır. Başqa sözlə, işığın bu məsafəni qət etməsi 17 il çəkir. Zond təxminən 40 000 ildən sonra ulduzun 1,7 işıq ili yaxınlığından keçəcək. “Voyager 2” aparatının 1 işıq günü həddinə 2035-ci ildə çatacağı gözlənilir.    “Voyager 1” göyərtəsində “Qızıl val” adlı məlumat daşıyır. Burada Yer kürəsindəki həyatı və mədəniyyəti tanıtmaq üçün səslər, musiqilər və fotoların bərpasına lazım olan məlumatlar var. Hadisə ilə bağlı kosmos həvəskarları qlobal işıq tədbirinə dəvət olunublar. İştirakçılar telefon fənəri ilə VGR çağırış kodunu Morze əlifbasında gecə səmasına ötürə bilərlər.