Növbəti “Qrafik Dizayn” təlimimiz Gəncə şəhərində keçirildi!

Təlim İnnovasiya və Rəqəmsal İnkişaf agentliyinin dəstəyi ilə “Technest” təqaüd proqramı çərçivəsində təqaüd imkanı qazanmış tələbələrə keçirilmişdir.
Layihənin məqsədi regionlarda IT üzrə maarifləndirilməni genişləndirmək və regionlarda IT kadr bankını gücləndirməkdir. Məqsədimiz tələbələrimizə keyfiyyətli təhsil verərək öz peşəkar karyeralarında inkişafı təmin etməkdir.

Təlim həftədə 3 dəfə olmaqla 3 ay müddətində təlimçi Kamil Qanbayevin rəhbərliyi ilə keçiriləcəkdir. Təlimçi Kamil Qanbayev Azərbaycan Texniki Universitetini bitirib. O, 2009-cu ildən qrafik dizayn sahəsi üzrə fəaliyyət göstərir və hazırda McCann Worldgroupda dizayner olaraq çalışır.

Gəncə Peşə Tədris Mərkəzinə tərəfdaşlıq dəstəyinə görə təşəkkürümüzü bildirir və hər bir tələbəmizə fəaliyyətlərində uğurlar arzu edirik!