Qrafik dizayner; Veb saytlar, reklamlar, kitablar, jurnallar, posterlər, kompüter oyunları, məhsul qablaşdırması, bannerlər  kimi müxtəlif məhsul və fəaliyyətlərin vizual dizaynıdır. Qrafik Dizayn yaradılarkən bir sıra proqramlardan istifadə olunur. İstifadə olunan proqramlar bunlardır:

Adobe Photoshop: Photoshop proqramı qrafik dizaynerlər tərəfindən çox istifadə olunur. O, vektor əsaslı deyil, piksel əsaslı dizayn təklif edir. Bu proqram foto redaktə proqramıdır. Effektiv dizayn proqramıdır.

Adobe Illustrator: Veb dizayn, broşura və poster dizaynlarında səmərəli istifadə edilən Adobe Illustrator Mac OS X və Windows əməliyyat sistemləri ilə ahəngdar işləyir.

Corel Draw: Ən çox istifadə olunan qrafik dizayn proqramlarından biridir. Çap, rəqəmsal çap, tekstil, lövhə və bannerlər kimi tətbiqlərdə istifadə olunur.

3DS Max: 3D dizayn və rəsm proqramıdır. Daha çox memarlıq sektorunda istifadə olunur.