Bugün dünyada yaşanılan rəqəmsal əsr bəşəriyyətə tam dəyişikliyin qapılarını açaraq insanları inkişafa və dəyişməyə məcbur etmişdir. Rəqəmsal inqilab adlandıra biləcəyimiz bu texnoloji inkişaf gündəlik həyatımızda, incəsənətdə, təhsildə, iqtisadiyyatda, mədəniyyətdə və bütün digər sistemlərdə əsaslı yeniliklərə səbəb olmuşdur. Techspace  Azerbaijan cəmiyyətin hər bir fərdinə rəqəmsal dünyanı daha əlçatan etmək üçün qurulmuşdur. Bu sahədə peşəkar mütəxəssislərin hazırlığını təşkil edən akademiyamız ölkəmizdə kadr patensialının gücləndirilməsinə də töhfə verəcəkdir. Akademiyamızdan müvəffəqiyyətlə məzun olan tələbələr karyeralarında daha əmin addımlarla irəliləyəcəklər.

Missiyamız dəyişən dünyaya, texnoloji yeniliklərə  adaptasiyasını təmin etmək üçün tələbələrə lazım olan rəqəmsal biliklərin peşəkar müəllimlər tərəfindən öyrədilməsini təmin etmək və bu sahədə canlı, yüksək keyfiyyətli, interaktiv təlim mühiti təqdim etməkdir.

Vizyonumuz rəqəmsallaşan dünyanın çağırışlarına tərəflər üçün dəyər yaradaraq və  daim inkişaf edərək cavab verməkdir.