Digital marketinq rəqəmsal media kanalları (veb saytları, açılış səhifələri, sosial media, e-poçt və mobil proqramlar) vasitəsilə məzmunun yaradılması və yayılması ilə bərabər, həmçinin bu məzmunun SEO, SEM, klik başına ödəniş ( PPC ) reklamı, məzmun tərəfdaşlığı, sosial, e-poçt və mətn mesajlaşması kimi pullu rəqəmsal kanallarda müxtəlif strategiyalar vasitəsilə tanıdılmasıdır. Digital marketinq məhsul və xidmətinizi elektron şəkildə təbliğ edə biləcəyiniz müasir texnologiya dünyasında ənənəvi mediadan daha sərfəli və çox üstünlük verilən marketinq üsuludur. Digital marketinq metodu bir şirkət və ya markanın rəqəmsal mühitdə marketinq prosesinə verilən addır.