“Technest” ilə hədəfə doğru” konfransı baş tutub

 

30 mart 2023-cü il  tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində ““Technest” ilə hədəfə doğru” konfransı keçirilib. İRİA-nın təşəbbüsü ilə  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən tədbirdə “Technest” proqramının təqaüdçüləri, məzunları və yeni təqaüd qazanmış tələbələri iştirak ediblər. Tədbir gənclərin şəxsi və peşəkar inkişafı mövzularında ekspert və təlimçilərin iştirakı ilə tematik sessiyalar, motivasiya çıxışları ilə davam edib.

Çıxışçılar arasında Stanford Univeristetinin tələbəsi Məhəmməd Şirinov, “Roof Academy and Training”in təsisçisi Rüfət Hüseynzadə, şəxsi inkişaf üzrə mentor Toğrul Ələkbər və Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Pərviz Əfəndizadə yer alıb.

 

Tədbirin davamında gənclər arasında məntiqi və yaradıcı düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə “Nə? Harda? Nə zaman?” yarışı baş tutub. Sonda qalib komandaların üzvlərinə hədiyyələr təqdim olunub.

 

Tədbirin keçirilməsində əsas məqsəd gənclərə əldə etdikləri bilik və təcrübələrin doğru formada tətbiqi, karyera imkanlarına çıxış yolları ilə bağlı dəstək göstərmək, “Technest” təqaüdçüləri arasında netvörkinqi gücləndirilməkdir.